Sizin reklam burada
Sizin reklam burada

Ashiqperi.az saytının təqdimat mərasimi keçrildi

Ashiqperi.az saytının təqdimat mərasimi keçrildi
Bu gün ( 25.05.2022) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsi çərçivəsində hazırlanan ashiqperi.az saytının təqdimat mərasimi keçrildi.
Tədbiri "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsinin rəhbəri Pərvanə Mustafayeva açaraq bildirib ki, həyata keçirdikləri layihə çərçivəsində hazırlanan saytda təşkilatın fəaliyyəti ilə yanaşı milli-mənəvi dəyərlərimizi, xüsusilə də aşıq sənətini və 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatları, qazanılan tarixi zəfəri tərənnüm edən əsərlər işıqlandırılacaq. Şalışılacaq ki, bu mövzuda yazan hər bir müəllifin əsərləri sayt vasitəsilə ictimayyətə təqdim edilsin .
Sonra söz tədbir iştirakçılarına verildi. Onlar da sayt və bütövlükdə "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyinin fəaliyyəti, həyata keçirdikləri layihələr haqqında öz fikirlərinin bildirdilər.
Ashiqperi.az saytının təqdimat mərasimi keçrildi
Xadırladaq ki, bu layihə çərçivəsində 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatları, qazanılan tarixi zəfəri tərənnüm edən əsərlərin mükafatlandırılması üçün şeir müsabiqəsi keçrilib. Müsabiqənin tələblərinə uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutanlara diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqəyə təqdim olunmuş şeirlərdən ibarət kitabın təqdimat mərasimi keçriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş