Sizin reklam burada
Sizin reklam burada

Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti dördüncü təlim keçrildi

Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti dördüncü təlim keçrildi
Aprelin 3- də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsindənövbəti dördüncü təlim keçrildi.
Bugünkü təlimin mövzuları "Ağıllı olmaq üçün neçə kitab oxumalıyıq?", "10 kitabın sirri", "Kitabxanalardan istifadə qaydaları" oldu.
Təlimin mövzularına uyğun olaraq, iştirakçılar "Ağıllı olmaq üçün neçə kitab oxumalıyıq?", "10 kitabın sirri" kimi sualları təlimçinin köməyi ilə cavablandırdılar. Kitabxanaya yazılarkən Təlimçi Nüşabə Mehtiyeva“Kitabxanadan istifadə qaydaları”- na necə əməl etməli olduqları barədə iştirakçılara məlumat verdi.
• Kitabxana kitablarına və digər sənədlərinə qarşı diqqətli olmalı, sənədlərdə qeydlər etməməli, səhifələrini cırmamalı, qatlamamalıdörlar;
• Kitabların qaytarılma müddətinə ciddi əməl etməlidirlər;
• Kitabxanadan götürdüyü hər kitaba görə formulyarda imza atmalıdırlar;
• İstifadə üçün qəbul olunan ədəbiyyatda aşkar olunan nöqsanlar haqqında dərhal kitabxanaçıya vaxtında məlumat vermək lazımdır, əks halda oxucu onların zədələnməsinə görə məsuliyyət daşıyır;
• Kitabxana fonduna dəyən ziyana görə müəyyən edilmiş qaydada cərimə ödəməli və yaxud eyni kitabı yenisi ilə əvəz etməlidir;
• Kitabxanaya məxsus kitablara və digər sənədlərə dəyən ziyana görə uşaqların valideynləri (qanuni təmsilçiləri (nümayəndələri)) məsuliyyət daşıyırlar;
• Kitabxana işçilərinə və oxuculara qarşı nəzakətli və xeyirxah
olmalıdırlar;
• Oxu zalında sakitliyə, şəxsi gigiyena qaydalarına riayət etməli
və kitabxana əmlakına, avadanlıqlarına ehtiyatla yanaşmalıdırlar;
• Fövqəladə hallarda (yanğın, qəza, terror aktı və s.) kitabxana
əməkdaşlarının tələblərinə riayət etməlidirlər.
Tədbirdə elektron lövhədən, ağ lövhədən və digər əyani vasitələrdən geniş istifadə edildi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş