Aprelin 16 da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçrilən tədbirdə “ Gəlin nağıl quraq! ” adlı dərnək yaradıldı.
Qərara alındı ki, “ Gəlin nağıl quraq! ” dərnəyinin üzvləri məktəbin dil müəllimlərinin və kitabxanaçısının köməyi ilə digər şagirdlər arasında da nağıl oxumaq həvəsini artırmaq üçün həmin dərnəyə üzv olmağa onları cəlb etsinlər. Oxunun əhəmiyyəti haqqında öyrəndiklərini onlarla paylaşsınlar. Özlərindən kiçik bacı- qardaşlarına, yaxın çevrələrində olan həmyaşıdlarına mütaliənin insanın mənəvi zənginliyində rolundan danışsınlar. Öz şəxsi kitabxanalarını yaratsınlar. Həmin kitabxananı zənginləşdirmək üçün özlərinin şəxsi ailə fondlarını yaratsınlar.
Conflict.az