Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində seir, inşa , rəsm müsabiqəsinin son mərhələsi və təlimdə iştirak edən şəxslərə sertifikatın təqdim edilməsi törənini təşkil etdi.
İB sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Layihə rəhbəri 44 günlük Vətən savaşında və eləcə də ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. Sonra Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirdi. Daha sonra Əli Cəfərov bunları söylədi: Biz layihə çərçivəsində Zəfər tariximizlə bağlı seminar, təlim, disput təşkil etdik . Eləcədə Hərbi Qənimətlər Parkına ekuskursiya təşkil etdik. Bunlarla yanaşı biz 13 saylı Zəngilan tam orta məktəbində şagirdlərin vətənpərvərlik ruhunda, təlimin mahiyyətinə uyğun olaraq seir, inşa və rəsm müsabiqəsini təşkil etdik. Siz bilirsiniz kı, bizim tədbirləri təşkil etməkdə əsas məqsədlərimizdən biridə şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə yarışların təşkil edilməsi idi. Biz bunuda uğurla həyata keçirtdik. Zəhrəxanımın, Niğarın və Leylanın mövzu ilə bağlı yazmış olduqları inşaları yüksək dəyərləndirirəm. Rəsm sahəsində Akifin, Yusifin və Nəzrinin çəkmiş olduqları rəsmlər mövzunun tam ruhuna uyğundu . Hər uç sağirdimiz çox əla iş başardılar. Onlara, müəllimlərə və valideyinlərə minnətdarlığımı bildirirəm.
Şagirdlərdən Fidan, Yusif və Zəhrəxanımın söylədikləri şeirlər həm mövzu baxımından, həm də deyiliş baxımından yaxşı idi. Müzakirələrdən sonra Layıhə rəhbəri Əli Cəfərov yarışlarda yer tutan şagirdlərə sertifikat təqdim etmək üçün məktəbin direktoru Şəhla xanımı səhnəyə dəvət etdi. Şagirdlərə sertifikat təqdim edildikdən sonra Layihə rəhbəri təlimlərin təşkilində xidmətinə görə CRG tədris mərkəzinə və təlimçi Həqiqət müəlliməyə təşəkkür edərək onu şagirdlərə diplom təqdim etmək məqsədilə səhnəyə dəvət etdi. Təlimlər də iştirak edən uşaqlara serifikat təqdim edildi. Daha sonra Əli Cəfərov layihə çərçivəsində QHT əməkdaşlıq etdiyinə görə 13 nömrəli Zəngilan tam orta məktəbin direktoru Şəhla xanım Həsənovaya, direktor müavinləri Səmədova Aynur, Rəsulova Aytən və təlimçi Həqiqət xanım Qasımovaya sertifikat təqdim etdi.
Təqdimatdan sonra layıhə rəhbəri məktəb direktoruna və kollektivə əməkdaşlığa ,təlimlər üçün şərait yaratdığına görə təşəkkürünü bildirərək sözü məktəbin direktoru Şəhla xanıma verdi. Şəhla xanım çıxış edərək bildirdi ki, bu günləri ölkəmizdə aparılan islahatlar ölkəmizin güclənməsinə və inkişafına səbəb olur. 44 günlük zəfər tarixini təbliğ etmək, bu təbliğatçıda iştirak etmək bizim üçün çox qürurvericidir. Ali baş komandan İlham Əliyevin uğurlu hərb siyasəti nəticəsində 30 ildən çox həsrətə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Xüsusi ilə qeyd etmək istəyirəm ki, QHT-lərin təhsil müəssisələri ilə əməkdaşlığı zəruridir, vacibdir. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinə, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarının Dövlət Dəstək Agentliyinə Zəngilan rayonu 13 nömrəli tam orta məktəblə əməkdaşlıq etdiyinə görə kollektiv, şagirdlər və valideynlər adından təşəkkürümü bildirirəm.