Sizin reklam burada
Sizin reklam burada

“Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili" layihəsində şagirdlərə Qarabağda dağıdılmış flora və faunadan da danışıldı

“Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili" layihəsində şagirdlərə Qarabağda dağıdılmış flora və faunadan da danışıldı
Əli Cəfərov: "Qalibiyyətimiz yeni nəsillərin vətənpərvərlik duyğularının formalaşmasında müstəsna rol oynayacaqdır"
Demokratiyanın və Milli Dəyərlərin Təbliği-İB fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində “ İşğaldan azad olunmuş ərazilərin tarixi, coğrafiyası, flora və faunası, eləcə də mədəni abidələri haqqında” növbəti təlimini təşkil etdi. Şagirdlər qeydiyyatdan keçdikdən sonra layihə rəhbəri, İb sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Sonra hamı birgə ayağa qalxaraq Azərbaycan Respublikasının himnini oxudular. Ardınca layihə rəhbəri 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ , Aprel döyüşləri zamanı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. İlk çıxış edən Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında bir daha qısa məlumat verərək söylədi ki, "Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin vətənpərvər ruhda formalaşmasında müstəsna rol oynayacaqdır. Ona görə də layihəmizin məqsədi bu kimi məsələlər çərçivəsində Vətən müharibəsindəki Zəfər tariximizdən bəhs edən inşa, rəsm və şeir müsabiqələrinin təşkili, qaliblərin mükafatlanması və Hərbi Qənimətlər Parkına ekskursiyanın təşkili böyük əhəmiyyəti olmaqla yanaşı gələcəyimiz üçün sanballı bir aditoriyanın hazırlanmasına da dəstəkdir". Tədbirdə məktəbin direktoru Şəhla xanım və müəllimlər iştirak edirdi. Tədbir təlimçi Həqiqət xanımın çıxışı ilə yekunlaşdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş