Sizin reklam burada
Sizin reklam burada

"SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK! “ layihəsinin icrası Biləsuvarda davam etdirilir

"SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK! “ layihəsinin icrası Biləsuvarda  davam etdirilir
“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yarımçıq təhsil,erkən nigah…SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK! “ layihəsinin icrasını Biləsuvar rayonunda davam etdirir. Layihə 3 ay müddətinə ( 01.02.22 –cı il tarixdən 01.05.22 –ci il) hər rayonda iki tədbir olmaqla, Lənkəran, Cəlilabad, Biləsuvar və Salyan rayonlarında həyata keçirilir. Layihənin məqsədi erkən nigahin səbəbləri və onun yarada biləcəyi fəsadları barədə təbliğatı gücləndirməkdir.
İB-yin növbəti tədbiri Cəlilabad rayonunda keçirildi. H.Əliyev Mərkəzinin akt zalında “Yarımçıq təhsil,erkən nigah…SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK! “ layihəsi çərçivəsində “Erkən nigah və onun fəsadları “ mövzusunda tədbir keçirildi. Tədbiri Cəlilabad rayon Uşaqlarla iş üzrə məsləhətçi –psixoloq Günay İbadova açdı və iştirakçıları salamladı və tədbirin mahiyyəti haqqında giriş söz dedi. Sonra sözü Gender Bərabərliyi İB-nin sədri və layihə rəhbəri Şəkərxanım Əliyevaya verdi. Layihə rəhbəri donor və layihənin məqsədi haqqında ətraflı məlumat verdi.
Sonra layihənin hüquqşünası Araz Nurməmmədov layihə ilə bağlı ətraflı məlumat verdi və layihənin məqsədlərini açıqladı. Bildirdi ki, “ Son zamanlar erkən nigahların sayı artıb.Azyaşlını erkən nigaha cəlb edən hər kəs ,o cümlədən erkən nigaha məcbur edən valideynlər,AR qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
Ekspert Ş.Dadaşova erkən nigah,səbəb və fəsadları barədə iştirakçılara məlumat verdi .Bildirdi ki,”nigah –kişi və qadının istəyi ilə həyata keçirilən evlilikdir. Erkən nigah nigah 18 yaşına çatmamış şəxslərin ailə qurmasıdır. Erkən nigahlar İH-i orqanları tərəfindən qeydə alınmır. Erkən nigahlar qanunsuz hesab edilir və heç bir hüquqi qüvvəyə malik deyil”.Daha sonra ekspert erkən nigahın səbəbləri (ictimai,psixoloji,maddi )və fəsadları (fiziki və psixoloji travmalar) ilə bağlı məlumat verildi və müzakirələr aparıldı . AR QHT DD Agentliyinin meneceri Nigar Ağakişiyeva tədbirdə iştirak etdi və gənclərə tövsiyyələr verdi. Tədbir iştirakçıları Azərbaycan Respublikası QHT-lərə DDAgentliyinə və Gender Bərabərliyi İB-nə təşəkkür etdi. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı və təklifləri qeyd olundu .Çay kofe fasiləsi oldu.

Gender Bərabərliyi İB

Conflict.az

  • Sosial şəbəkədə paylaş