Sizin reklam burada
Sizin reklam burada

"Divar tikmirik, sadəcə planlaşdırırıq”

"Divar tikmirik, sadəcə planlaşdırırıq”
Polşa Rusiya ilə sərhədə hasar çəkməyi planlaşdırır.

Bu barədə Polşanın Milli Müdafiə nazirinin müavini Voyçex Skurkeviç açıqlayıb.

“Biz Polşa-Rusiya sərhədində divar tikmirik, sadəcə planlaşdırırıq”, - deyə o, Polşa ilə Rusiyanın Kalininqrad vilayəti arasında sərhədə mümkün hasarın tikintisi ilə bağlı sualı cavablandırarkən bildirib.

O əlavə edib ki, bunlar Sərhəd Mühafizəsinin planlarında olan tədbirlərdir.

Polşa miqrasiya böhranı fonunda, yanvar ayında Belarusla sərhəddə sədd çəkməyə başladı. Tikintinin başa çatdırılması 2022-ci ilin iyun ayının sonuna planlaşdırılır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş