Sizin reklam burada
Sizin reklam burada

"Sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çox vacibdir"

"Sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çox vacibdir"
"Bir neçə məsələni rasional müstəvidə müzakirə edək: Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınıb-tanınmamasından da danışılır. Bu, müzakirə olunmayıb və bəzən o qədər də düzgün qəbul edilmir, lakin qeyd etməliyik ki, Ermənistan Respublikasının parlamenti tərəfindən ratifikasiya olunmuş saziş var və ona əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. O, 1992-ci ildə ratifikasiya olunub. Azərbaycan da belə bir sənədi ratifikasiya edib".
"ArmenianReport"un yaydığı məlumata görə, bunu dünən keçirdiyi onlayn mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyan söyləyib.

"İkinci nüans. Bildiyiniz kimi, Madrid prinsiplərindən biri də hər iki tərəfin danışıqların əsası kimi qəbul etdiyi ərazi bütövlüyü prinsipidir. Burada mən demək istəyirəm ki, Ermənistan və Azərbaycan 1992-ci ildən MDB-də mövcud olan sərhədlər və ərazilər çərçivəsində de-yure sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını tanıyıblar”, - deyə erməni hökumət başçısı bildirib.

“Bəli, sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çox vacibdir. Bu yaxınlarda Rusiya XİN rəhbəri bəyan etdi ki, delimitasiya və demarkasiyanın Qarabağ məsələsinin həlli ilə heç bir əlaqəsi yoxdur. Bunlar fərqli proseslərdir. Bu baxımdan sülh gündəmi ilə bağlı sual var idi, bu, bizim üçün strateji gündəmdir. Başa düşürük ki, bu, heç də bizdən asılı deyil, lakin biz ardıcıl olaraq bu gündəmə əməl edəcəyik.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqqında da çox danışılır. Və biz hesab edirik ki, belə bir müqavilə imzalanmalıdır, lakin ilk növbədə bu müqavilə formalaşmalı və formalaşdırılmalıdır. Bunun üçün danışıqlar aparılmalıdır və Ermənistan buna hazırdır.

Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin, danışıqlar prosesinin əsas məqsədi məhz sülh müqaviləsinin imzalanmasıdır”- deyə Paşinyan vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş