Sizin reklam burada
Sizin reklam burada

Qorbaçov hadisələrin qarşısını almaq üçün heç nə etməyib

Qorbaçov hadisələrin qarşısını almaq üçün heç nə etməyib
1991-ci ilin yanvarında Vilnüsdə toqquşmalar zamanı həlak olan dörd litvalının qohumları keçmiş SSRİ prezidenti Mixail Qorbaçovu məhkəməyə verib.

Həmin hadisələrdə həlak olanların yaxınları Vilnüs Rayon Məhkəməsində mülki iddia qaldırıblar. Onlar bunu yanvarın 13-nə keçən gecə elektron portal vasitəsilə həyata keçiriblər. Məhz bu vaxt 31 il əvvəl sovet qoşunları Litvanın paytaxtında televiziya qülləsinə basqın edib.

Ərizəçilər iddia edirlər ki, SSRİ Silahlı Qüvvələrinə nəzarət edən Qorbaçov bu hadisələrin qarşısını almaq üçün heç nə etməyib.

Qeyd edək ki, 1991-ci il yanvarın 11-dən 13-dək Vilnüsdə sovet qoşunları ilə suveren Litvanın tərəfdarları arasında toqquşmalar baş verib. İğtişaşlar zamanı 15 nəfər ölüb, 600-ə yaxın insan yaralanıb. Müstəqilliyin ilk illərində Litva prokurorluğu həmin hadisələrlə bağlı iş açıb. Hazırda 60-dan çox müttəhimə hökm oxunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş