Sizin reklam burada
Sizin reklam burada

“Guya baş nazir peşəkardır"

“Guya baş nazir peşəkardır"
“Bu şəxs Ermənistanın maraqlarını qorumaq üçün yox, məhv etmək üçün hakimiyyətə gəlib”.
Bu barədə parlamentin “Mənim addımım” fraksiyasının keçmiş üzvü Arsen Culfalakyan “Facebook” səhifəsində yazıb. O, Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin edilməsini qeyri-adekvat addım adlandırıb.
“Guya baş nazir peşəkardır, parlament sədri, müdafiə, səhiyyə, iqtisadiyyat nazirləri, MTX rəhbərləri öz işinin peşəkarıdır, indi də bizə əzab verirlər”, – deyə Culfalakyan hökumətin parlamentin vitse-spikeri Ruben Rubinyanı Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi təyin etmək qərarına istinadən yazıb. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair mənfi fikirdə olan Culfalakyan Paşinyanı türklərlə birləşib ölkəni məhv etməkdə günahlandırıb.
“Aydındır ki, baş nazir postunu tutan şəxs hakimiyyətə Ermənistan Respublikasının maraqlarını qorumaq üçün gəlməyib. Bu, məlumatsızlıqdan, bacarıqsızlıqdan irəli gəlmir, məhz məqsəd budur – ölkəmizdə az-çox işləyən hər şeyi məhv etmək. Bir sözlə, bu türkyönümlü anti-erməni proqramı ardıcıl olaraq həyata keçirilir. Əslində “dəmir mandat” elə bunun üçün lazım idi”, – deyə o yazıb.

Conflict.az[b][/b]

  • Sosial şəbəkədə paylaş