(əvvəli bu linklərdə: https://conflict.az/gundem/109758-ntiqam-soltan-sizc-ikinci-yeri-gtrnlrin-ald-pulun-bldrlmsinin-nec-irkin-formada-planladrlmasn-deyib-v-onu-isbat-etmk-mmkndrm.html
https://conflict.az/gundem/109784-azad-v-korifey-sntilr-nazirin-eyhamna-h-deyib-tzdn-bu-qurumun-gnn-qara-eldilr.html
https://conflict.az/gundem/109795-mkdar-artist-teatr-cinaytlrin-bazas-rolunu-oynaya-bildiyi-halda-z-knarda-qala-bilr.html
https://conflict.az/gundem/109826-ntiqam-soltan-teatr-xadimlri-ttifaq-il-azdrama-sonu-faci-il-bitck-uurlu-inkiaf-yolunu-davam-etdirir.html
“Buyruq qulu haqqında öz valideynləri və övladları bilmədikləri faktları açıqlayacağam.”
-Niyə?
- Çünki, mənim haqlı olduğumu bilirlər. Çünki cəsarətləri çatmır. Çünki heç vaxt heç bir təklifə açıq olmayıblar, ola da bilmirlər. Çünki alışıblar yapışdıqları gözdən uzaqda olan kürsüdən əzrayılın dəvəti ilə getməyə. Əgər onların deməyə sözü olsaydı məni topa tutmuşdular. Hələ ki, sadəcə əmr gözləyirlər. Əmr gələn kimi məni şantaja başlayacaqlar. Bax o zaman ağzından söz çıxan buyruq qulu haqqında öz valideynləri və övladları bilmədikləri faktları açıqlayacağam.
- Dediniz sizə gələn zənglər...
- Sizin müsahibələrə görə.
- Maraqlıdır kim zəng edir sizə?
- Olar ümumi deyim?
- Buyurun, sizə necə uyğundursa.
- Bir-iki hədə-qorxu zəngləri gəlmişdi. Adlarını çəkmirəm, ona görə ki, onlar öz xoşları ilə o mövzuda mənə zəng vurmağa cəsarət edə bilməzdilər. Yazığım gəldi onlara. Nə isə bu mövzudan yan keçək. Lazım gəlsə açıqlayaram. Bir şey xatırladım. Bir dəfə müsahibələrin birində demişdim ki, "Əbülfəs müəllim, ətrafınızdakı satqınların əlindəki bıçaq bir gün sizin kürəyinizdə saplanacaq”. Nəticə göz qabağında oldu. Zatən satqından, cahildən başqa şey gözləmək mümkün də deyil.
- Zənglər...
- Qalan bütün zənglər mənimlə həmfikir olanlardır. Türkiyənin müxtəlif şəhərlərindən tutmuş, Gürcüstandakı Türk dilini bilən dostlara qədər.
- Bəs Azərbaycandan?
- O qədər. Bu qurumun işini bəyənən sənət adamı var ki?
- Sirr deyilsə, məsələn kimlər?
- Məsələn Akademik Milli Dram Teatrında Azərpaşa müəllimin kabinetinin qarşısından gündə yüz dəfə keçən adamlar. Bir ucu Naxçıvan, bir ucu Lənkəran. Qusardan Qazağa, Gəncəyə qədər. Bu qurumdan narazı qalan hamı. Razı qalan isə demək olar ki, yoxdur.
- Kimsə çıxıb desə ki, "mən razıyam"...
- Ola bilər, zəif xarakterli o qədər sənətçimiz var ki,.. Məsələn, "fəxri ada təqdimatın" qarşılığında (və yaxud başqa bir şirnikləndirici təklifin qarşılığında – İ.S.) siz deyən hal ola bilər. Mən bu qurumun qarşısına necə deyərlər "tələblər paketi" ilə çıxmışamsa, o dostlarımızın yanlış yolda olduğunu izah eləmək mənə çətin olmayacaq. Axı mən başqa heç nə istəmirəm. Deyirəm ki, gəlin bu ölkəyə, bu xalqa, bu dövlətə, millətə, millətin mədəniyyətinə xidmət edək. Tamaşaçını, sənətçini, naziri, məmuru, xalqı, dövlət başçısını aldatmadan xidmət edək. Vicdanlı olaq. Axı bizə arxalanırlar. Sənət adamının haqqını tapdamaq günahdır. Ən ağrılısı da onda olur ki, sənətçini sənətçi ayaqlasın. Bir sənətçinin ərsəyə gəlməsi üçün bəşəriyyət min bir əzaba qatlaşır. Təkrar edirəm, məsələnin ilkin həllinin sadə yolu budur: "İnanıram" (Azdramanın festival tamaşası – İ.S.) və "Cənnətə bilet" (BUGT-nin festival tamaşası – İ.S.) tamaşaçı qarşısına çıxarılsın. Qoy xalq bu tamaşaları dəyərləndirsin. Buna getməyəcəklərsə öz cəsarətlərini və sənətkarlıqlarını şübhə altına atmış olurlar. Demək indiyə qədər aldıqları bütün mükafatlar saxta imiş. İncəsənət Universitetindəki tələbələri qarşısındakı "gündəlik mövcudluqları" kimi...
Ardı var
Conflict.az