Sizin reklam burada
Sizin reklam burada

Hökuməti kral ailəsinin saxlanmasına hər il 16 milyon dollar ayırır

Hökuməti kral ailəsinin saxlanmasına hər il 16 milyon dollar ayırır
Bu il ilk dəfə olaraq, İsveç Kral ailəsinin ayrı-ayrı üzvlərinin saxlanma xərcləri açıqlanıb.
Kral iqamətgahının 2021-ci ildəki xərclərinə dair hesabata görə, İsveç kralı XVI Karl Qustav və onun həyat yoldaşı Kraliça Silvia ötən il dövlət xəzinəsindən 850 min dollar alıblar. Həmçinin, vəliəhd şahzadə Viktoriyanın ailəsinə 480 min dollar, şahzadə Filipin ailəsinə 120 min dollar verilib. Ən kiçik şahzadə Madelenin ailəsi isə ümumiyyətlə heç nə almayıb.
Məlumata görə, İsveç hökuməti ölkənin kral ailəsinin saxlanmasına hər il ümumilikdə 16 milyon dollar ayırır. Bu məbləğin yarısı sarayların saxlanmasına, qalanı isə monarxlara və onların yaxın qohumlarına sərf olunur ki, onların hər biri üçün 1,45 milyon dollar məbləğində limit var.

Conflict.az

  • Sosial şəbəkədə paylaş