Sizin reklam burada
Sizin reklam burada

Klub yeni prezidentini seçəcək

Klub  yeni prezidentini seçəcək
İspaniyanın "Barselona" klubunda prezident seçkisi 24 yanvar 2021-ci ildə keçiriləcək.

Klubun rəsmi saytı xəbər verir ki, imza toplanılma prosesi 23 dekabr - 11 yanvarda olacaq. Bu məqsədlə "Nou Kamp" stadionu da daxil olmaqla, 10 məntəqə quraşdırılacaq.

14 dekabra nəzərdə tutulan idarəetmə komissiyasının iclasında seçki proseduru təsdiqlənəcək və 16 oktyabrda rəsmən elan veriləcək.

Seçki kampaniyası 15 - 22 yanvarda keçiriləcək.

Qeyd edək ki, "Barselona"da klub prezidenti postu Jozep Bartomeunun istefasından sonra vakant qalıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş