arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün məsləhətləşmələrə dəvət edilib”

"Münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün məsləhətləşmələrə dəvət edilib”
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.
Bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”, deyə M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden “ABC” telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da prezident seçkilərinə "müdaxilənin əvəzini ödəyəcəyini" söyləmişdi. Bayden yanvar ayında rus həmkarını mümkün nəticələr barədə "xəbərdar etdiyini" bildirmişdi.

Xatırladaq ki, martın 16-da ABŞ Milli Kəşfiyyat Direktorunun ofisi Moskvanın Donald Trampın yenidən seçilməsinə kömək etmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətinə "nifaq toxumu səpmək" cəhdində günahlandırıldığı elan etmişdi. Sənədə görə, bu əməliyyatların “bir qrup Rusiya hökumət təşkilatı” tərəfindən həyata keçirildiyi iddia edilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş