Sizin reklam burada
Sizin reklam burada

Ermənistandan Dağlıq Qarabağa ümumilikdə 52.545 nəfər geri qaytarılıb

Ermənistandan Dağlıq Qarabağa ümumilikdə 52.545 nəfər geri qaytarılıb
"Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib".
Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Bu gün Ermənistandan Dağlıq Qarabağa 34, ümumilikdə 52.545 nəfər geri qaytarılıb.

Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 16 hektar ərazi, 5 km yol, 19 yaşayış binası təmizlənib, 2 partlayıcı obyekt aşkar edilərək məhv edilib.

Bu günə kimi 1387.3 hektar ərazi, 434.8 km yol, 1327 yaşayış binası, o cümlədən 29 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 24 291 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Rusiya sülhməramlıları Azərbaycan silahlı qüvvələrinin 5 avtomobil karvanının təhlükəsiz keçidini təmin ediblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş