Sizin reklam burada
Sizin reklam burada

"Dəmir yolunda maskalanmış artilleriya qurğuları aşkar olunub"

"Dəmir yolunda maskalanmış artilleriya qurğuları aşkar olunub"
Cəbhədə aktivliyin artması səbəbindən 2020-ci ilin iyulundan bəri Donbasda davam edən atəşkəs başa çata bilər.
Bunu Donetsk separatçılarının keçmiş başçısı İqor Qirkin deyib.

Qirkinin sözlərinə görə, Ukraynanın nəzarət etdiyi ərazilərdə mövqelərin möhkəmləndirilməsi açıq-aydın görünür:

“Hərbi qulluqçularla dolu maşınlar Opıtnıy, Butovka, Promzona istiqamətinə doğru gedir. Dəmir yolunda maskalanmış özüyeriyən artilleriya qurğuları və digər artilleriya vasitələri aşkar olunub. Platformalarda tank və PDM-lər də var”, - Qirkin bildirib.

Onun sözlərinə görə, Qorlovka şəhəri istiqamətinə Ukrayna hərbi texnikası yeridilir. Separatçı hesab edir ki, bütün bunlar böyük hərbi əməliyyatlara hazırlığı göstərir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş