Sizin reklam burada
Sizin reklam burada

Məbəd müsəlman, xristian və yəhudilərin ortaq məkanı olacaq

Məbəd müsəlman, xristian və yəhudilərin ortaq məkanı olacaq
Birləşmiş Ərəb Əmirliklərində üç səmavi dinin ortaq məbədi açılacaq.

TASS xəbər verir ki, bu barədə Əmirliyin Rusiyadakı səfiri Məhəmməd Əhməd Əl-Caber məlumat verib.
Səfir bildirib ki, “İbrahim ailəsinin evi” adlanacaq məbəd 2022-ci ildə istifadəyə veriləcək.

“Əbu-Dabidə açılacaq məbəd müsəlman, xristian və yəhudilərin ortaq məkanı olacaq. Məbəd fərqli inancları olan insanlar arasında dialoqu və anlayışı daha da möhkəmlədəcək”, - deyə diplomat qeyd edib.

Səfir onu da vurğulayıb ki, yaxın gələcəkdə “İbrahim ailəsinin evi” ölkəsinin tolerantlıq rəmzinə çevriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş