Sizin reklam burada
Sizin reklam burada

"Jurnalistlər" Dövlət Təhlükəsizlik Nazirliyinin işçiləri olub

"Jurnalistlər" Dövlət Təhlükəsizlik Nazirliyinin işçiləri olub
Son 12 ay ərzində Böyük Britaniya hakimiyyəti Çinin özlərini “jurnalist” kimi qələmə vermiş üç casusunu ərazisindən çıxarıb.
Bu barədə “Telegraph” qəzeti məlumat yayıb.
Bildirilir ki, Çinin üç müxtəlif mətbu orqanının əməkdaşı kimi Britaniyaya gəlmiş üç vətəndaşı əslində həmin ölkənin Dövlət Təhlükəsizlik Nazirliyinin işçiləri olub.
Nəşrin məlumatına görə, "jurnalistlər"in kimliyi "MI5" əməkdaşları tərəfindən üzə çıxarılıb, onlar bundan sonra ölkəni tərk etməyə məcbur ediliblər.
Qəzet bildirib ki, Britaniya hökuməti casusluq haqqında qanunvericiliyi sərtləşdirmək niyyətindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş