Sizin reklam burada
Sizin reklam burada

"Dəyişiklik rejimin hərəkətlərindən narazı olan insanların iradəsinin təsiri altında deyil, qurumlararası qarşıdurmanın nəticələri ilə baş verəcək"

"Dəyişiklik rejimin hərəkətlərindən narazı olan insanların iradəsinin təsiri altında deyil, qurumlararası qarşıdurmanın nəticələri ilə baş verəcək"
Ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenkonun AYNA-ya müsahibəsindən Rusiyada baş verən etirazlardan danışıb.

- 23 yanvarda Rusiyada keçirilən etiraz aksiyalarının nəticələrini necə qiymətləndirirsiniz: müxalifətin uğurundan və bu ölkədə qaçılmaz hakimiyyət dəyişikliyindən danışmaq olarmı?

- Rusiyada hakimiyyətin tranziti qaçılmazdır – bu, bir həqiqətdir. Ancaq etiraz yalnız onu müşayiət edən bir elementdir, çünki dəyişiklik rejimin hərəkətlərindən narazı olan insanların iradəsinin təsiri altında deyil, qurumlararası qarşıdurmanın nəticələri ilə baş verəcək. Və 23 yanvarın nəticələri bu ölkədə insanların uzun müddət heç bir şeyə qərar vermədiklərini və öz nöqteyi-nəzərlərini, hətta qəbul edilmiş adi insan hüquqlarını müdafiə edə bilmədiklərini açıq şəkildə nümayiş etdirdi.

- Rusiya Federasiyasının hazırkı Prezidenti Vladimir Putinə qarşı bu etirazların öz ətrafı tərəfindən təşkil edildiyi və ya Rusiya xüsusi xidmət orqanlarının qarşıdurması olduğu versiyasına münasibətiniz necədir?

- Vladimir Putinin ətrafı kimdir? Bunlar praktik olaraq hüquq-mühafizə orqanlarından olan insanlar və ya karyerası ərzində bu və ya digər xüsusi xidmət orqanlarına birbaşa aidiyyəti olan şəxslərdir. İstər siyasətdə, istərsə də Rusiya Federasiyasının oliqarxiyasında təsadüfi insanlar yoxdur və demək olar ki, hamısı sistemdə olanlardır. Mövcud vəziyyətdə, tortun daha böyük tikəsi uğrunda yalnız Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi ilə FSB düşərgələri arasında deyil, həm də Lubyankadakı klanlar daxilində, yəni Bortnikov, Patruşev, Narışkin klanları arasında açıq bir rəqabət, parçalanma görürük, Xüsusən də, 2020-ci ildən bəri demək olar ki, bütün sahələrdə köhnə FSB rəhbərliyindən açıq şəkildə təcrid olunmuş oyun oynayan Sergey Narışkini qeyd edərdim.

- Bu oyunda Aleksey Navalnıya taran rolu verildiyi və heç bir halda onun Rusiya Federasiyasının gələcək Prezidenti olmayacağı düzgün yanaşmadırmı?

- Olduqca doğrudur. Rusiya Prezidenti müstəsna olaraq marionet rolunu oynayan bir fiqur ola bilməz. Ancaq taran rolu da onun üçün həddindən artıq tərifdir. Bu vəziyyətdə, Navalnı daha çox rəqiblərin koalisiyasına qarşı mübarizənin katalizatoru və elementidir. Əgər bu katalizator hakimiyyət dəyişikliyi kimi ağrılı prosesdən sağ çıxacaqsa, o zaman siyasi bir vəzifəyə iddia edə bilər, ancaq dövlət başçısı olmağa yox.

- Sizcə, yalnız nəzəri cəhətdən müzakirə olunan Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi, Moskvanın xarici siyasətində dəyişikliyə, imperiya ambisiyalarının ləğvinə və keçmiş SSRİ respublikalarının işlərinə qarışmasından əl çəkməsinə səbəb olacaqmı?

- Əlbəttə, xeyr! Xarici iqtisadi və siyasi təzyiqləri azaltmaq üçün örtülü metodlardan istifadə edərək strategiyanın yenidən nəzərdən keçirilməsi, geosiyasi problemlərin həllində əsas fiqurların və yanaşmaların dəyişdirilməsi mümkündür. Ancaq bütövlükdə revanşizm ümumi ideologiya qalacaq.

- Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, Vladimir Putinin xaç atası, ukraynalı oliqarx Viktor Medvedçukun aqibəti necə olacaq və ümumiyyətlə, Rusiya Federasiyası ilə dostluq tərəfdarı olan Ukrayna siyasətçiləri özünü necə hiss edəcəklər?

- Hər şey Rusiyada hansı şəxsin hakimiyyətə gələcəyindən və ya daha dəqiq desək, hansı güc strukturunun təzyiq və nəzarətdən istifadə etmək gücünə sahib olmasından asılıdır. Viktor Medvedçuk və ümumiyyətlə, “Həyat uğrynda” Müxalifət Platforması (OPZJ) FSB ailəsinə daxildir və Kozak-Babiç-Beseda üçlüyünün nəzarəti altındadır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin nümayəndələri hakimiyyətə gəlsə, OPZJ və Medvedçuk üçün firavanlıq dövrü bitəcək. Ancaq bu qüvvə sabit elektoratının və əhəmiyyətli medianın iştirakı ilə ölkədə təsir gücünə sahib olduğu müddətcə, Rusiya onu tarixin zibil qutusuna atmayacaq.

- Ukraynada iki inqilab baş verdi. Sadə bir sual: Onlar ölkənin və vətəndaşların həyatına müsbət təsir göstərdimi?

- Daha dəqiq desək, üç inqilab. Ukraynanın müstəqilliyinin təməli olan 1990-cı il “Qranit üzərində inqilab”ı çoxlarının unutması məyusedicidir. Hakimiyyətin addımlarından xalqın demək olar ki, hər bir narazılıq aksiyası ölkədə ciddi siyasi dəyişikliklərə səbəb oldu. Bu cür dəyişikliklər öz növbəsində iqtisadi vəziyyətə mənfi təsir göstərir. Ancaq bu, onların doğru olmadığı anlamına gəlmir. Totalitarizm və despotizmdən azadlığın dəyərini nə qədər qiymətləndirmək olar? Rusiya Federasiyasından birbaşa təsir və nəzarətdən azadlığı nə qədər qiymətləndirə bilərsiniz? Ukraynadakı demək olar ki, hər bir inqilab qurulmuş qaydaların pozulması və yeni, mütərəqqi bir gələcəyə doğru irəliləməyin, əvvəllər sərt şəkildə bağlanılan imkanların açılmasının mürəkkəb bir prosesidir. Buna görə “travmasonrası sindrom” deyə biləcəyim çətin bir başlanğıc dövrü keçərək, ölkə olduqca uğurlu bir şəkildə irəliləməyə davam edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş