Sizin reklam burada
Sizin reklam burada

Şəhidin ailə üzvlərinin sosial ödənişlərin təyinatı ilə bağlı müraciət etmələrinə ehtiyac qalmayacaq

Şəhidin ailə üzvlərinin sosial ödənişlərin təyinatı ilə bağlı müraciət etmələrinə ehtiyac qalmayacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə sosial ödənişlərin təyinatı prosesini davam etdirir.
ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, artıq fond tərəfindən 700-dək şəhidin 1700-ə yaxın ailə üzvünə Prezidentin aylıq təqaüdünün, pensiya və müavinətlərin təyinatı həyata keçirilib. Təyinatlar barədə ailə üzvlərinə məlumatlar da verilir.
Bu ay Nazirlik tərəfindən şəhid ailəsi üzvlərinə təqaüd və müavinətlərin, ailə başçısını itirməyə görə pensiya və müavinətin e-təyinat sistemləri işə salınıb. Bu innovativ yeniliklər şəhid ailəsi üzvlərinə sosial ödənişlərin təyinatının da müraciət etmələrinə ehtiyac qalmadan, e-sistem üzərindən proaktiv qaydada, operativ şəkildə aparılmasına imkan verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş