Sizin reklam burada
Sizin reklam burada

İctimai nəqliyyat həftədə 4 gün işləməyəcək?

İctimai nəqliyyat həftədə 4 gün işləməyəcək?
Azərbaycanda gündəlik yoluxanlar 4000-dən, ölənlərin sayı isə 40-dan çoxdur. Qeyd edək ki, dekabrın 14-dən yanvarın 18-dək bir neçə şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Ümumi sayda azalmaların olmamasının səbəbi ictimi nəqliyyatdakı sıxlıq qeyd edilir. Bu gün təkliflərdən biri də avtobusun cəmi 4 gün işləməsidir. Gələn həftədən Azərbaycanda ictimai nəqliyyatın fəaliyyətinə 4 gün qadağa qoyula bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, əgər ehtiyac yaranarsa həftədə 4 gün ictimai nəqliyyatın fəaliyyəti dyandırıla bilər:
"Artıq bir neçə şəhər və rayonlarda sərt karantin, "sms icazə" sistemi tətbiq edilir. Yoluxanların sayında stabilləşmə olsa da təəssüf ki, yoluxma 4000-dən, ölənlər isə 40-dan çoxdur. Düşünürəm ki, sərt krantin rejimi zamanı cəza sərtləşdirilməli, qaydalara əməl etməyənlər cəzalandırılmalıdır. Cəza sistemi normal qaydada işləsə, düşünürəm ki, yanavarın18-nə kimi yoluxanların və ölənlərin sayında azlma müşahidə ediləcək. Hər şey insanlarımızın qoyulan qaydalara nə dərəcədə əməl etməsindən asılı olacaq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş