Sizin reklam burada
Sizin reklam burada

"İcazənin birdəfəlik verilməsi doğru addımdır"

 "İcazənin birdəfəlik verilməsi doğru addımdır"
Bir çox vətəndaş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən 3 saatlıq SMS-icazənin saatlara bölünürək (1 və 2 saatlıq paketlər halında) gündə 2-3 dəfə verilməsini təklif edirlər. Onlar bəzən 15 dəqiqəlik bir işə görə alınan 3 saatlıq icazənin boşuna itirildiyini və başqa zəruri işlərlə bağlı icazə ala bilmədikləri üçün problem yaşadıqlarını bildirirlər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa deyib ki, icazənin birdəfəlik verilməsi doğru addımdır:

“Bu, yoluxma sayının daha da artmaması üçün vacibdir. 3 saatın saatlara bölünərək gündə bir neçə dəfə verilməsi isə çətin məsələdir. Çünki hər dəfə buna nəzarət etmək üçün lazımi qədər polis qüvvəsi yoxdur. Məqsəd vətəndaşlara əziyyət vermək deyil. Vətəndaşlar küçəyə nə qədər az çıxarsa, yayılma riski o qədər az olar. Vətəndaşlar vəziyyəti nəzərə alaraq işlərini planlaşdırmalıdır. Hamı küçəyə çıxarsa, vəziyyət eyni olacaq - yoluxma artacaq. Ona görə də ailədə bu icazədən istifadəni bölüşdürmək lazımdır".

Millət vəkili onu da qeyd edib ki, vətəndaşlar 3 saatlıq icazənin bir hissəsinin küçələrdə qurulan postlarda itirilməsi ilə bağlı şikayətlərində haqlıdırlar:

“3 saatlıq icazənin 1 saatı postda yoxlama üçün sərf edilir. Bunun həll yolu tapılmalıdır ki, vətəndaşlar vaxtlarını itirməsin. Avtobusların yoxlanması üçün ayrıca xətt olmalıdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş