Sizin reklam burada
Sizin reklam burada

"Qənimət kimi ələ keçirilən hərbi texnikalar Rusiya istehsalıdır"

"Qənimət kimi ələ keçirilən hərbi texnikalar Rusiya istehsalıdır"
Rusiya bazarına pomidor və almanın buraxılmaması təzyiq vasitəsi ola bilər.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalına qadağa qoymasını şərh edən iqtisadçı-alim Qubad İbadoğlu bu fikirdədir.

İqtisadçının qənaətincə, pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir:

“Rosselxoznadzor bu qərarını idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlaması ilə izah edir. Qurumun açıqlamasında qeyd olunur ki, "bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”.

Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndərilən kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir.

Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib.

Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir”.

Qubad İbadoğlu hesab edir ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi var: “Çünki Azərbaycan Ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş