Sizin reklam burada
Sizin reklam burada

Bütün uşaq bağçaları bağlanır

Bütün uşaq bağçaları bağlanır
Noyabrın 5-dən etibarən Tiflisdəki bütün uşaq bağçaları bağlanacaq.

Bu barədə jurnalistlərə Tiflis şəhərinin meri Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, bir qədər əvvəl paytaxtdakı bir sıra uşaq bağçaları açılmışdı. Lakin epidemioloji vəziyyət gərginləşdiyi üçün sonradan onların 40-a yaxını bağlanmışdı. Ölkə ərazisində, xüsusən də paytaxtda koronavirusa yoluxma hallarının kəskin artması səbəbində sabahdan bütün uşaq bağçalarının bağlanmasına qərar verilib.

“Uşaq bağçaları epidemioloji vəziyyət yaxşılaşana qədər bağlı qalacaq”, – deyə K.Kaladze vurğulayıb.

Bununla belə, uşaq bağçalarında qeydiyyatda olan uşaqların ərzaq təminatı davam etdiriləcək. Valideynlər uşaq yeməklərini evə apara biləcəklər.

Xatırladaq ki, Tiflis, Kutaisi, Rustavi, Qori və digər şəhərlərlə yanaşı, Marneuli və Qardabanidə məktəblər noyabrın 4-dən distant rejimə keçiblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş