Sizin reklam burada
Sizin reklam burada

Düşmən yenə Tərtərdə evləri və mülki obyektləri atəşə tutub

Düşmən yenə Tərtərdə evləri və mülki obyektləri atəşə tutub
Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verib.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 7-si səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş