Sizin reklam burada
Sizin reklam burada

“Yaşlı nəsillər öləcək, gənc nəsil isə daha az olacaq”

“Yaşlı nəsillər öləcək, gənc nəsil isə daha az olacaq”
Rusiyanın əhalisi əsrin sonuna qədər 40 milyon azalacaq.

Bu barədə “RİA Novosti” Vaşinqton Universitetinin professoru, Yer əhalisinin sayı üzrə qlobal elmi proqnoz müəlliflərindən biri Əli Muğdata istinadən məlumat yayıb.

Alim bildirib ki, Rusiyada doğum halları azalacaq.

“Yaşlı nəsillər öləcək, gənc nəsil isə daha az olacaq”, - deyə alim bildirib.

O, qeyd edib ki, Rusiyada həmçinin qlobal tendensiya da müşahidə olunur: qadınlar arasında savadlılıq artır. Təhsil nə qədər çox olarsa, bir qayda olaraq qadın da o qədər gec ana olur.

A.Muğdat bildirib ki, koronavirus istənilən digər fəlakət kimi proqnozlara təsir göstərə bilər. Lakin çox güman ki, dəyişikliklər əhəmiyyətli olmayacaq. Çünki virusun qurbanları onsuz da daha çox artıq uşaq dünyaya gətirə bilməyən yaşlılar olur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş