Sizin reklam burada
Sizin reklam burada

Nardaran sakini əlillik dərəcəsi almaq üçün verdiyi 4500 manatı geri ala bilmir - VİDEO

Nardaran sakini əlillik dərəcəsi almaq üçün verdiyi 4500 manatı geri ala bilmir - VİDEO
Bakının Nardaran kənd sakini Əliyev İlqar Gülhüseyn oğlu Conflict.az-ın redaksiyasına videomüraciət göndərib. İlqar Əliyev videomüraciətində qeyd edir ki, oğlu Əliyev Ədalət İlqar oğlu 2017-ci ildə hərbi xidmətdə olarkən xidmət zamanı ciddi xəsarətlər alıb. Bir müddət hərbi qospitalda müalicə alan Ədalətin sonrakı mərhələdə müalicəsini atası şəxsi vəsaiti ilə uzun müddət davam etdirib. İş qabiliyyətini itirən gəncə əlillik dərəcəsi almaq üçün aidiyyatı dövlət qurumlarına müraciət edən ataya nədənsə hər dəfə yox cavabı veriblər. Onu da qeyd edək ki, bir dəfə Ədalət Əliyevlə Conflict.az-ın əməkdaşının görüşü olub və şahidi olmuşuq ki, kənar şəxsin yardımı olmadan bu gənc çox çətinliklə hərəkət edir.
Dövlət qurumlarından yox cavabı alan valideyn çarəsizlikdən digər vasitələrə əl atıb. Şikayətçinin bildirdiyinə görə özünü Qarabağ Qazilər Şurasının üzvi kimi təqdim edən İslam adlı şəxslə tanış olub. Problemin həlli üçün İslam adlı şəxs əlil gəncin valideyininin iddiasına görə ondan 3000 (üç min) manat, daha sonra isə 1500 (min beş yüz) manat pul alıb. Pulun İslama verilməsindən təxminən 1 il keçməsinə baxmayaraq problemin həll olunmadığını deyən şikayətçi əlavə olaraq qeyd edir ki, İslama bu barədə sual verəndə ondan hər hansı konkret cavab ala bilmir. Belə olan təqdirdə pulunu geri istəyən şikayətçiyə isə cavab belədir: pulunu geri qaytarmayacağam. Ümimilikdə 4500 manat pulu bankdan kredit qismində götürən şikayətçi bildirir ki, hər hansı bir problemi həll olunmasada məcburiyyət qarşısında aylardır bank kreditini ödəyir. Və sonda şikayətçi videomüraciətində xahiş edir ki, aidiyyatı dövlət qurumları ona probleminin həllində köməklik göstərsinlər. Videomüraciəti olduğu kimi təqdim edirik.


Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş