Sizin reklam burada
Sizin reklam burada

İş həftəsi dörd günə endirilsin

 İş həftəsi dörd günə endirilsin
Almaniyada böhranın aradan qaldırılmasına kömək üçün iş həftəsinin dörd günə endirilməsi təklif olunub.

“Funke” xəbər verir ki, belə bir təkliflə ölkənin Əmək naziri Hubertus Hayl çıxış edib.

Onun sözlərinə görə, qismən kompensasiya ödənişləri ilə iş həftəsinin azaldılması uyğun tədbir ola bilər. Hayl əsas şərtin sosial tərəfdaşların razılığı olduğunu qeyd edib:

“Böhrandan birlikdə çıxmaq üçün yaxşı və praktik düşüncələrə ehtiyacımız var”.

IG Metall sənaye birliyinin rəhbəri Yorq Hofman da hesab edir ki, dörd günlük iş həftəsi avtomobil sənayesi kimi sektorlarda struktur dəyişikliklərinə cavab verə biləcək və iş yerlərinin saxlanmasına kömək edəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş