Sizin reklam burada
Sizin reklam burada

Xalqın Xilası Komitəsi yaradıldı

Xalqın Xilası Komitəsi yaradıldı
Malidə çevriliş edən hərbçilər prezident İbrahim Bubakara Keytanı və hökumət üzvlərini həbs etdikdən sonra Xalqın Xilası Milli Komitəsini yaratdıqlarını elan ediblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı Nigeriyanın “Vanqard” qəzeti yayıb.

Milli televiziyada çıxış edən silahlı qüvvələrin qərargah rəisinin müavini İsmayıl Vaqe yeni seçkilərin keçiriləcəyini bildirib.

Qiyamçıların rəhbərləri həmçinin bütün beynəlxalq razılaşmalara əməl edəcəyini vurğulayıblar.

Xatırladaq ki, ötən gün Malidə hərbi qiyam baş verib. Nəticədə hökumət və parlament buraxılıb, prezident isə istefa verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş