Sizin reklam burada
Sizin reklam burada

“Vəziyyət bir-iki ilə normallaşacaq”

“Vəziyyət bir-iki ilə normallaşacaq”
Amerikalı iş adamı, “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts koronavirusla bağlı yaranmış vəziyyətin təxminən bir-iki ilə öz normallaşacağını qeyd edib.

Bu barədə B.Qeyts Fransanın “Le Figaro” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, vəziyyətin normala qayıtması sözügedən müddətdən tez baş verməyəcək.

Dünyanın əvvəlki vəziyyətə qayıtması üçün olduqca effektiv müalicə üsulları və peyvənd lazımdır.

B.Qeyts vurğulayıb ki, test və izləmə sistemləri vasitəsilə ölkələr yoluxma ərazisini tapa və onu nəzarətdə saxlaya biləcəklər. Lakin bu, insanların normal həyata qayıtması üçün kifayət etməyəcək. Çünki hər kəs COVID-19-a yoluxma riskinə görə kəskin narahatlıq keçirəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş