Sizin reklam burada
Sizin reklam burada

İkinci 190 manat belə veriləcək

İkinci 190 manat belə veriləcək
Vətəndaşların ikinci ayın ödənişini almaq üçün banklara getmələrinə ehtiyac yoxdur.

Bunu Qaynarinfo.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov işsiz vətəndaşlara 190 manat birdəfəlik yardımın ikinci ayının verilməsindən danışarkən deyib.

"Onların hər biri ilə əlaqə saxlanılacaq, hansı banka yaxınlaşmalı olacaqları və bank kartının əldə edilməsi ilə bağlı məlumat verəcəklər. Tələsməsinlər, səbirli olsunlar. Hər bir vətəndaşın adına bank hesabı açılacaq. 190 manat alacaq işsiz vətəndaşlarla bağlı artıq bank kartları sifariş verilib", - Talıbov bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş