Sizin reklam burada
Sizin reklam burada

Koronanı elektriklə müalicə etmək olar

Koronanı elektriklə müalicə etmək olar
Bir fond şirkətinin rəhbəri olan Sərkan Tunç adlı türk 15 voltluq elektrik cərəyanı tətbiq edən cihazla özünü və həyat yoldaşını koronavirusdan sağaltdığı iddiasını açıqlayıb. O, araşdırmalarını Türkiyənin Elm Şurasına və ölkədəki 80 səfirliyə təqdim edib.

Türk mediasına danışan Sərkan Tunç atasının və qardaşının doktor olduğunu, özünün və həyat yoldaşının infeksiyaya yoluxmazdan 3 həftə əvvəl belə bir cihaz yaratdığını bildirib.

Sərkan Tunçun iddiasına görə, onlar məhz bu cihaz vasitəsi ilə virusdan xilas olublar.

Türkiyənin "Yeni Şafak" qəzetinə açıqlama verən elm adamları uzun illərdir elektrik cərəyanı ilə müalicə metodundan təbabətdə istifadə edildiyini vurğulayıblar. Bununla belə, mütəxəssislərin fikrincə, Sərkan Tunçun cihazı elmi baxımdan araşdırılmalıdır. Yalnız bundan sonra konkret söz demək olar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş