Sizin reklam burada
Sizin reklam burada

Məhdudiyyətlər deputatların şəxsi və xidməti avtomobillərinə şamil edilməyəcək

Məhdudiyyətlər deputatların şəxsi və xidməti avtomobillərinə şamil edilməyəcək
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatlarla bərabər, onların şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş