Sizin reklam burada
Sizin reklam burada

Rus deputat İslamı qəbul etdi

Rus deputat İslamı qəbul etdi
Ufa(Başqırdıstan paytaxtı) şəhər məclisinin deputatı və eyni zamanda populyar bloger olan Yuliya Romançeva İslamı qəbul etdiyini rəsmi şəkildə bəyan etmək üçün Çeçenistan paytaxtı Qroznıya uçub gəlib.

Bu barədə “Çeçnya seqodnya” ("Çeçenistan bu gün") nəşri məlumat yayıb.

Rus deputat Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin(MRİ) divarları arasında şəhadət gətirərək müsəlman olub.

“Yuliya Nikolaevna İslamın gözəlliyini, dinin saflığını ürəkdən dərk edib. Yuliya Nikolaevna Çeçenistan Respublikasına tez-tez qonaq gəlir, xeyirxah əməllərinə görə o, burada sevilir və ona hörmət bəslənilir"- deyə Çeçenistan Respublikası MRİ-nin mətbuat xidməti məlumat yayıb.

Romançevaya İslama aid kitablar hədiyyə edilib. Rus deputat Çeçenistan MRİ rəhbəri, müfti Salah-Hacı Meciyevə göstərdiyi diqqətə və doğru yola qədəm qoymasında verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş