ABŞ-da koronavirus daşıyıcılarının sayı artıb

Gündəm / Səhiyyə

68

ABŞ-da koronavirus daşıyıcılarının sayı artıb

ABŞ-da yeni növ koronavirusa azı 14 yeni yoluxma faktı qeydə alınıb, bununla da ölkədə yoluxanların ümumi sayı 53 nəfərə çatıb.

“TASS” xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin rəsmi saytında bildirilib.

Məlumata görə, həmin 12 nəfər koronavirusa yoluxma hallarının daha əvvəl qeydə alındığı ölkələrə səfər zamanı bu virusa yoluxublar. Digər iki nəfər isə ABŞ-da virus daşıyıcıları ilə təmas zamanı yoluxub.

Qalan 36 nəfər karantin altına alınan “Diamond Princess” kruiz gəmisindən, daha üç nəfər isə fevralın əvvəlində Çinin Uhan şəhərindən təxliyə olunub.

Conflict.az