Sizin reklam burada
Sizin reklam burada

Ərinin dostu ilə qaçan qadını ailə qəbul etmədi

Ərinin dostu ilə qaçan qadını ailə qəbul etmədi
İsmayıllıda həyat yoldaşının dostu ilə qaçan qadın haqqında yeni faktlar məlum olub.

50 yaşlı Məlahət Hacıyevanı 52 yaşlı Raqub Əhmədovun qohumları qəbul etməyib.

Məsələnin nə dərəcədə həqiqətləri əks etdirdiyini öyrənmək üçün rayonun Talıstan Kənd İcra nümayəndəliyi ilə əlaqə saxladıq.

İcra nümayəndəliyindən Oxu.Az-a bildirilib ki, M.Hacıyeva R.Əhmədova ilə qaçıb.

“Raqub Əhmədovun qohumları Məlahət Hacıyevanı qəbul etmədiyi üçün onlar ayrılmağa məcbur olublar. Məlahət xanım hazırda İsmayıllıda yaşayan bacısıgildə qalır”.

R.Hacıyev faktı inkar edib.

“Məni şərləyiblər. Bununla bağlı polisə müraciət edəcəm”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb. Oxu.Az-a bildirilib ki, yaşlı qadının əri və qaçdığı kişi əsgərlik yoldaşı olublar.

Conflict.az

  • Sosial şəbəkədə paylaş