Sizin reklam burada
Sizin reklam burada

Qanun pozanlar qanun qəbul edə bilməz!

Qanun pozanlar qanun qəbul edə bilməz!
Bir neçə gün əvvəl baş tutan toy mərasimi cəmiyyətdə səs-küyə səbəb olmuşdur.

Nazirlər Kabinetinin qərarına əsasən karantin rejimi yumşaldılsa da, hələ ki, toy və yas mərasimlərinə, ticarət mərkəzlərinin fəaliyyətinə qadağalar qüvvəsində qalmışdır.

Bütün bunlara baxmayaraq qanunlara qarşı cıxmaq, qoyulan qaydalara riayət eməmək cəmiyyətdə qıcıq yaradır və bu da haqlı narazılığa səbəb olur.

Maraqlı burasıdır ki, qanunları pozanlar elə qanun qəbul edənlərin özləridir. Qanun qarşısında hamı bərabərdir . Cənab Prezidentimiz İlham Əliyev hər zaman vurğulayır ki, heç kəs toxunulmaz deyil, heç kəs özünü qanundan üstün saya bilməz. Azərbaycan hüquqi dövlətdir və hamı qanun qarşısında məsuliyyətini dərk etməlidir”.

Əgər qanun qəbul edib, pafosla cərimə tətbiq etməyin tərəfində olan, ən yüksək cərimələr tətbiq olunmalıdır deyən dövlət məmurları, indiki və keçmişdə vəzifə sahibləri olanlar bu cür cəmiyyətə pis nümunədirlərsə, dövləti və cəmiyyəti saymırsa, onların cəzalandırlması ən yüksək formada da olmalıdır.

Birinci növbədə bu hərəkətlər dövlətin qəbul etdiyi qanunlara hörmətsizlikdir.

İkincisi isə heç qırx günü tamam olmamış General- mayor Polad Həşimovun və onunla birlikdə şəhid olan hərbçilərimizin ruhuna hörmətsizlik, onların ailələri qarşısında qeyri insani davranışdır. Belə qanun yazanlar və həm də qanunu pozanlar cəzalanmalıdır.

“Gender Bərabərliyi” İB-nin mətbuat xidməti

  • Sosial şəbəkədə paylaş