Sizin reklam burada
Sizin reklam burada

Xanhüseyn Kazımlının qızı namizəd oldu

Xanhüseyn Kazımlının qızı namizəd olduBeşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlının qızı Əsli Kazımova növbədənkənar parlament seçkilərinə qatılacaq.

Axar.az xəbər verir ki, Ə.Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb.

O, sənədlərini DSK-ya ötən gün təqdim edib.

Qeyd edək ki, X.Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürməyib.

  • Sosial şəbəkədə paylaş