Sizin reklam burada
Sizin reklam burada

BAKI ZOOPARKINDA "DÖVLƏT SİRRİ": TƏMİR HAQQINDA MƏLUMATLAR NİYƏ GİZLƏDİLİR?- FOTOLAR

BAKI ZOOPARKINDA "DÖVLƏT SİRRİ": TƏMİR HAQQINDA MƏLUMATLAR NİYƏ GİZLƏDİLİR?- FOTOLARBu ilin fevral ayından Bakı Zooparkı təmirə bağlanıb.

Qaynarinfo-nun əməkdaşı yenidənqurma işlərinin gedişatından xəbər tutmaq, reportaj hazırlamaq üçün Zooparka yollanıb.
BAKI ZOOPARKINDA "DÖVLƏT SİRRİ": TƏMİR HAQQINDA MƏLUMATLAR NİYƏ GİZLƏDİLİR?- FOTOLAR
BAKI ZOOPARKINDA "DÖVLƏT SİRRİ": TƏMİR HAQQINDA MƏLUMATLAR NİYƏ GİZLƏDİLİR?- FOTOLAR
Əvvəlcə telefon vasitəsi ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı. Üz tutduq təmir işləri aparılan əraziyə. Lakin giriş qapısının yanında əyləşən və vəzifəsinin nə olduğunu açıqlamayan bir bəy girişin qadaqan olduğunu qeyd etdi. Ərazinin bağlı olduğunu, mətbuata açıq olmadığı və kimsənin açıqlama verməsinə, şəkil çəkməsinə icazə olmadığını qeyd etdi.

Heç olmasa təmir işlərinin nə zamana kimi davam edəcəyi ilə bağlı sualımıza verəcəyinə ümid etdik. Lakin həmin şəxs israrla zooparka aid bütün məlumatların gizli olduğunu vurğuladı. Hətta bir sıra telekanalların da çəkiliş üçün müraciətinə rədd cavabı verildiyini bildirdi. Bir sözlə Bakı Zooparkında gedən işlər "dövlət sirri" kimi gizli saxlanılır.

Bu qədər çək-çevirdən sonra israr etməyin mənasısız olduğunu görüb, zoopark ərazisinin ətrafını saran plakatların arxasından bir neçə kadr çəkməyə çalışdıq.

Ancaq az-çox göründüyü kimi fevraldan təmirə bağlanan zooparkda elə də ciddi iş görülməyb.

  • Sosial şəbəkədə paylaş