
Rusiya prezidentinin köməkçisi və Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri Vladimir Medinski bildirib ki, Rusiya ərazisi əvvəlki dövrlərlər müqayisədə kiçilib və indiki ərazilər də “əbədi deyil”.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Gələcək üçün tarix” beynəlxalq forumunda danışıb.
Tədbirdə Medinski I Pyotr haqqında kitabı təqdim edib. O deyib ki, kitab “Rusiya torpağının toplayıcıları” sənədli və bədii silsiləsinin birinci cildidir.
“İndi torpaqlarımız azalıb, ancaq bu da əbədi deyil" - deyə Medinski əlavə etdi.
Conflict.az