Sizin reklam burada
Sizin reklam burada

Belarus ordusu da Ukrayna ilə sərhədlərin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir

Belarus ordusu da Ukrayna ilə sərhədlərin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir
Rusiya qoşunları Ukrayna sərhədindən 3 km aralıda, Bryansk vilayətində mövqelərini yeni texnikalarla təchiz etməyə başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bundan əlavə, Belarus ordusu da Ukrayna ilə sərhədlərin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir. Müəyyən birlik və hərbi hissələrin döyüşə hazırlığının yoxlanılması istiqamətində tədbirlər görülür.
Baş Qərargah həmçinin bildirib ki, Rusiya qüvvələri “Su-35” təyyarəsindən Sumı vilayətinin Bilopil şəhərinə raket atıb. Sumı rayonunun Seredyna-Buda kəndi isə artilleriyadan atəşə tutulub.
Slobojanski istiqamətində ruslar mövqelərini qoruyub saxlamağa və kəşfiyyat aparmağa davam edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş