Sizin reklam burada
Sizin reklam burada

Siyasətçinin həyatını xilas etmək mümkün olmadı

Siyasətçinin həyatını xilas etmək mümkün olmadı
Almaniya Bundestaqının deputatı Karin Ştrens Kubadan Almaniyaya uçan təyyarədə ölüb.
Bu barədə onun partiyasının nümayəndəsinə istinadən DPA agentliyi bildirib.

Ştrens hakim "Xristian-Demokratik İttifaqı" Partiyasından bundestaqın deputatı olub. Onun ölümünü Bundestaqdakı həmkarı Laut Reberq də təsdiqləyib. Ştrens uçuş zamanı huşunu itirib, təyyarə Dublində təcili eniş edib, amma siyasətçinin həyatını xilas etmək mümkün olmayıb.

Əlli üç yaşlı Ştrens Bundestaqda 2009-cu ildən işləyib. O, müdafiə üzrə komitənin üzvü olub. Almaniya Bundestaqının deputatı parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri vəzifəsində çalışıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş