Sizin reklam burada
Sizin reklam burada

Sahil Babayevin diqqətinə: İmişli DSMF-nin Qeyrət adlı müfəttişi Conflict.az-ın baş redaktoruna hədə-qorxu gəlir

Sahil Babayevin diqqətinə: İmişli DSMF-nin Qeyrət adlı müfəttişi Conflict.az-ın baş redaktoruna hədə-qorxu gəlir
"Jurnalistlər fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.
Bu sözlər cənab Prezidentin yalnız media mənsublarına münasibəti deyil, həm də onun digər məmurlara çağırışıdır. Çünki mətbuat bütün demokratik ölkələrdə cəmiyyətin aynasıdır. Təəssüf ki, olduqca kiçik çaplı bəzi dövlət məmurları onların qanunsuz hərəkətləri ilə bağlı məlumat dərc edən jurnalistə qarşı nəinki ciddi basqılar edir, hətta hədə-qorxu belə gəlməkdən çəkinmirlər. Bir neçə gün öncə Conflict.az-da “İmişli DSMF vətəndaşın problemini həll etmir, sadəcə ona problem yaradır” adlı məlumat dərc edilmişdi. Sayt bu dövlət qurumu ilə bağlı redaksiyaya daxil olan məlumatı dərc edərkən ənənəsinə və KİV haqqında Azərbaycan Respublikası Qanununa əsasən sonda “Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqelərini dərc etməyə hazırdır.” – deyə qeyd etmişdi. Əslində son cümlə daxil olan məlumatla bağlı obyektivlik naminə hər bir tərəfin mövqeyini əks etdirmək məqsədi daşıyır. Lakin yuxarıda qeyd edildiyi kimi bəzi kiçik çaplı məmurlar özlərindən o qədər müştəbeh olurlar ki, hesab edirlər hər kəsə hökm edə bilərlər. Ötən gün saat 13.44-də, +994 50 385 10 80 nömrəsindən, Conflict.az-ın Əlaqə bölməsində qeyd edilən nömrəsinə zəng edən şəxsdə məhz bu zehniyyətin sahibi idi. Adamın ilk cümləsi budur: Sən məni tanıyırsan?. Bu zehniyyət sahibinə cavab vermək belə gərəkilməzdi, amma... Xeyli əsib gurladıqdan sonra nəhayət mübarək adını söylətməyi bacardıq: QEYRƏT. Və həmən anladıq ki, danışdıqca batan, rabitəsiz, məntiqsiz ifadələrdən istifadə edən bu şəxs sadəcə ADINA ALDANIB. Bu tip şəxslər yalnız dəstəkdə zəlzələ effekti yaratmaq qabiliyyətinə malikdirlər. Bu bu vərdişdə onlara zaman-zaman verilmiş səlahiyyətə xas xüsusiyyətdir. Yəni problemli, ehtiyac içində olan insanların ehtiyatlı, kövrək münasibətləri bu şəxsləri özündənmüştəbeh edib. Yoxsa Qeyrət və qeyrətkimilər od olasalar belə ovuc içi boyda yeri yandırmaq qabiliyətində deyillər.
Ölkədə ən çox ictimai diqqət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi sitemidir. Sahil Babayevin nazir təyinatından sonra bu sahədə yeniliklərin olacağı təəssüratı yaransa da, hələ ki. ehtimalar suyua düşməkdədir. Düzdür bir müddət öncə Respublika Baş Prokurorluğu Saatlı və Sabirabad rayon DSMF-lərinin rəhbərləri haqqında cinayət işinin başlanması ilə əlaqədar məlumat yaydı. Və xatırladaq ki, həmin məlumatdan bir neçə gün əvvəl isə İmişli rayon DSMF-nin müdiri İntiqam Əliyeb işində yol verdiyi ciddi nöqsanlara görə görəvindən alınmışdı. Redaksiya ötən nömrələrinin birində dərc etdiyi məlumatda da qeyd etmişdi ki, İntiqam Əliyev törətdiyi əməlləri tək icra etməyb. Sözsüz ki, bu məsələdə digər səlahiyyətli şəxslərdə eyni əmələ görə cavab verməlidirlər. Həmin şəxslərdən də biri də ötən gün adına aldanıb Conflict.az-ın baş redaktoruna hədə-qorxu gələn Qeyrət adlı müfəttişin olduğu bildirilir. Belə ki, Qeyrətin təqaüdlərin yenidən hesablanması zamanı ayrı-ayrı şəxslərə təklifləri ilə bağlı redaksiyaya məlumatlar daxil olmaqdadır. Və İmişli sakinlərinə müraciət edirik bu sistemdə, konkret bu şəxsin qanunsiz əməlləri ilə bağlı redaksiyaya məlumat versinlər. Nəhayət cəmiyyət və ölkə rəhbərliyi belə şəxsləri tanımalı və onlar layiq olduqlarını almalıdırlar.
Biz Əmək və Əhalinin Sosial Müdafiəsi nazri cənab Sahil Babayevə, Republika Baş Prokurorluğuna müraciət edirik: Ölkədə Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanunu mövcuddur. Həmin Qanunun I bəndində deyilir: “Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.” Sözsüz ki, biz media qurumu olaraq bu azadlıqdan sui-istifadə etməkdə maraqlı deyilik və etmirik. Təkrar edirik dərc etdiyimiz məlumatların sonunda hər bir şəxsin cavab haqqını tanıdığımızı və münasibətini drəc etməyə hazır olduğumuzu qeyd edirik. Lakin ötən günkü telefon zəngi göstərdi ki, hələ də cəmiyyətdə qeyrətlər mövcudur. Və biz aidiyyatı strukturlardan xahiş edirik soy adını belə deməyi özünə rəva bilməyən İmişli DSMF-nin Qeyrət adlı əməkdaşı ilə bağlı araşdırmalara başlanılsın. Hesab edirik ki, bu cür şəxslərin hər hansı dövlət müəssisəsində qalması cənab Prezidentin ölkə vətəndaşı üçün gördüyü işləri sadəcə kölgə altına salacaq. Buna rəvac verənlər isə ölkə başçısının siyasətinə qarşı çıxanlardır.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərin, o cümlədən Qeyrətində cavab haqlarını tanıyır, münasibətlərini dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş