Bu yaxınlarda Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bununla əlaqədar olaraq, oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və Təhsil Nazirliyinin digər struktur bölmə rəhbərləri məsələnin yerində araşdırılması üçün qeyd olunan təhsil müəssisəsində olmuşlar. Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktoru Bəsti Hüseynova dərhal vəzifəsindən azad edilib. Buna oxşar pulyığma prosesləri Gəncə təhsilində daha acınacaqlı şəkildə davam etməkdədir.Belə ki, 2019/2020 -ci tədris ili başlayan andan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və Təhsil üzrə Ərazi Maliyyə İdarəsinin müdiri Fərahid Qəhrəmanov ayrı-ayrılıqda məktəb direktorlarını toplayaraq tarifikasiya üçün məktəb üzrə siniflərin sayına uyğun olaraq, hər sinifdən 40 manat toplanmasını tapşırmışdır.Bu tapşırıq bütün şəhərdə geniş əks-səda yaratmışdır. Hətta marketlərdə, müxtəlif ticarət obyektlərində valideynlər dərs ili başlayan kimi problemlərin də başladığını bildiriblər.Bu tapşırığı canfəşanlıqla yerinə yetirən məktəblər 1,4,8,10,13,39,44 nömrəli məktəblərdir.108 saylı Kəlbəcər orta məktəbində baş vermış rüşvət hadisəsi ilə bağlı Təhsil Naziri Ceyhun Bayramov lazımi tədbir gördükdən sonra Fərahid Qəhrəmanov və Zakir Hüseynov yenidən məktəb direktorlarını təcili toplayaraq protokol tərtib olunmasını və belə halların guya Gəncə məktəblərində olmadığını bildirmişlər.Əgər doğrudan da Təhsil Naziri 108 saylı Kəlbəcər orta məktəbin direktoru haqqında ciddi qərar çıxarıbsa, onda Gəncə şəhər məktəblərinin əksəriyyətinin direktorlarının aqibəti ondan da pis olmalıdır. Ümumiyyətlə, son vaxtlar Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovla bağlı saxta diplom, attestat, məktəb direktorlarından aylıq pul tələb etmək, qanunsuz işə düzəltmək kimi problemlərlə bağlı rəhbər şəxslərə şikayətlər ünvanlanır, amma buna baxmayaraq o, öz işlərinə davam etməkdədir. Qarşı tərəfi də dinləməyə hazırıq. (bizimdovr.az)
Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM
Gündəm / Cəmiyyət
- 18-10-2019, 11:25
- 570
- Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ
-
08:40
"İşğal planları hazırdır"
-
08:38
"Ukrayna Amerikanı müharibəyə sürükləməmək üçün əlindən gələni etdi"
-
08:09
"ABŞ-In təsiri zəifləyir"
-
08:06
"Bu bütün dünya üçün dəhşətli faciə olacaq"
-
08:03
"İqtisadiyyat çökəcək, hədəflər reallaşmayacaq"
-
07:57
"Plan Putini danışıqlara məcbur edəcək"
-
07:54
“Ermənistan Rusiya üçün dost ölkə deyil”
-
07:49
Əsəd əfv etdi
-
07:46
Prezident “xeyr” dedi
-
07:43
"Ümid edirəm ki, uğur qazanacağıq"
-
07:40
"Növbəti kimdir?"
-
07:36
"Zərbə ardınca zərbə alacaqlar”
-
10:32
ZƏNGƏZUR DƏHLİZİNİN REGİONA İQTİSADİ TƏSİRİ
-
23:30
“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
-
12:16
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN İNKİŞAF STRATEGİYASI
-
08:15
"Putin adı siyasi mübarizə aləti kimi istifadə olunur"
-
08:12
"İslam dünyası ABŞ dollarından istifadəni dayandırmalıdır"
-
08:05
"Onların istəyi ilə ikinci cəbhəni açmalı idik"
-
08:02
"Ermənistan dövlət olmaq şansı əldə etdi!
-
07:59
"Bu, Kiyevin nəyi hədəflədiyini anlamağa imkan verəcək”
-
07:56
"Fransada məsuliyyətə cəlb etməyə imkan verən qanun qəbul edilib"