Sizin reklam burada
Sizin reklam burada

Xətaidə RƏZALƏT: Uşaq bağçasının yaxınlığında sallaqxana-Sakinlər narazıdır – FOTOLAR

Xətaidə RƏZALƏT: Uşaq bağçasının yaxınlığında sallaqxana-Sakinlər narazıdır – FOTOLARBakı şəhərində pərakəndə ət satışı davam edir.

Belə bir sallaqxana Xətai rayonu, məhkəmə tibbi-ekspertiza şöbəsinin, 55 saylı uşaq bağçasının yaxınlığında yerləşir. Bu barədə TalkTV-ə jurnalist, fəal sosial şəbəkə istifadəçisi Vüsal Qarayev məlumat verib. V.Qarayev adiyyatı qurumları bununla bağlı ölçü götürməyə çağırıb:

“Bu qəssabxana yolun kənarında yerləşir.

Hər səhər mənim 4 yaşlı qızım, eləcə də bağçaya gedən digər uşaqlar bu mənzərənin şahidi olurlar. Qızım hər səhər bu mənzərəni görəndə mənə qısılır və deyir: “Ata, xoxan”, “ata, canavar”, “vay, iyrənc”. Uşaq hər səhər burdan burnunu tutub, gözünü yumub keçir. Hanı bu işə nəzarət etməli olan qurumlar? Büdcədən qurumlara ayrılan pullar hara gedir? Hanı nəzarət? Bu rəzalət nə zaman bitəcək? Mən kiminsə çörəyiylə oynamıram. Amma, hər kəs də yediyi çörəyə hörmət etməlidir…”

  • Sosial şəbəkədə paylaş