Sizin reklam burada
Sizin reklam burada

Nazirin bacısının yanlış müalicəsi... - GİLEY

Nazirin bacısının yanlış müalicəsi... - GİLEYGöyçay sakini Rüfət Quliyev səhhəti ilə bağlı problemdən şikayətlənir. 2005 ci ildən xəstə olduğunu bildirən vətəndaş Gözətçiyə açıqlamasında deyir ki, səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyevanın illərə müalicəsini alıb. Təyin etdiyi bütün dərmanları xaricdən küllü miqdarda vəsait hesabına gətizdirib ( Avonex, CİNNOVEX, Metaksontron )

Lakin vətəndaşın bildirdiyinə görə aldığı müalicələr əks reaksiya verib və tədricən yataq xəstəsinə çevirilib: “Ayaq üstə həkimə müraciət etmişəm. Oradan əlil arabası ilə çıxmışam. Məndən illər əvvəl bu xəstəliyə tutulanlar ölkə xaricində Məsələn : Türkiyə, İsrail, Misirdə yaxşı həkimlərə müraciət ediblər. Onların müalicəsindən sonra hələ də ayaq üstə dirlər”

Nazirin bacısının yanlış müalicəsi... - GİLEY

Rüfət Quliyev bildirir ki, müraciətinin əsas səbəbi şikayətini aidiyyatı qurumların eşitməsdir:

“Mən ona görə müraciət edirəm ki, əgər baxış sayı artsa , onların adları nə qədər çox hallansa bəlkə onda mənimlə maraqlanarlar. Mən onlardan çox böyük nəsə istəmirəm. Sadəcə mən istəyirəm ki, mənimlə maraqlansınlar və mənə mümkün olan köməyi göstərsinlər.Mənim vəziyyətim çox ağırdır.”(dia.az)

  • Sosial şəbəkədə paylaş