Sizin reklam burada
Sizin reklam burada

Bu yolda hərəkət dəyişdirildi – Diqqət

Bu yolda hərəkət dəyişdirildi – DiqqətZiya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

AAYDA-dan Axar.az-a verilən məlumata görə, dəyişiklik nəticəsində artıq Ziya Bünyadov prospektində kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilən yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər.

Yolayrıcında hərəkət işıqforlarla nizamlanır.

Dəyişikliyin prospektlərdəki sıxlıq hallarının aradan qalxmasına, piyada təhlükəsizliyinə müsbət təsir edəcəyi ehtimal edilir.

  • Sosial şəbəkədə paylaş