Sizin reklam burada
Sizin reklam burada

“Zorakılıqdan azad həyata” adlı layihə icra edilir

“Zorakılıqdan azad həyata” adlı layihə icra edilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gender Bərabərliyi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Zorakılıqdan azad həyata” adlı layihəsinin icrası çərçivəsində Ağdam rayonlarında tədbirlər həyata keçirilmişdir. Ağdam İcra Hakimiyyətinin nümayəndəsi Ziya Əliyev rayon tədbirlərinin təşkili olunmasına öz dəstəyini vermişlər. Tədbirlərdə rayon icra nümayəndələri, vətəndaş cəmiyyətinin fəalları və rayon sakinləri iştirak etmişlər.

Tədbirdə layihənin eksperti A. Nurməmmədov çıxış edərək layihənin məqsədi haqqında ,eyni zamanda, tədbirlər çərçivəsində məişət zorakılığı barəsində qanunvericilik və onun vətəndaşlara verdiyi imkanlar, bu sahədə beynəlxalq hüquqi aktlar və məişət zorakılığının qarşısıının alınması üzrə tətbiq edilən qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi üzrə mexanizmlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Məişət zorakılığının qarşısının alınması üzrə dövlətin vətəndaş qarşısında mövcud öhdəlikləri vətəndaş cəmiyyətinin fəalları ilə aparılan ictimai müzakirələrin əsasını təşkil edilmişdir. Tədbirlər çərçivəsində ictimaiyyət nümayəndələrinin iştirakçıları, rayon polis şöbələrinin əməkdaşları da ictimai müzakirələrə qoşulmuş, qoyulmuş problemlərin regionlarda kifayət qədər olması və həlli istiqamətində qeyri-hökumət təşkilatlarının bu sahədə əməyini yüksək qiymətləndirmişlər. Tədbir iştirakçılarının bu sahədə qarşılaşdığı problemlər və onların həlli istiqamətində tədbir iştirakçılarına tövsiyyələr verilmişdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş