Sizin reklam burada
Sizin reklam burada

Şəhidimizin nəşi Azərbaycana qaytarıldı - Foto

Şəhidimizin nəşi Azərbaycana qaytarıldı - Foto09:39

Şəhid Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb.

Report xəbər verir ki, hərbi qulluqçunun cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbədə yerləşən evinə gətirilib.
Şəhidimizin nəşi Azərbaycana qaytarıldı - Foto
Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

  • Sosial şəbəkədə paylaş