Sizin reklam burada
Sizin reklam burada

DİQQƏT! - Bu yollar rənglənir

DİQQƏT! - Bu yollar rənglənirAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərinin Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

  • Sosial şəbəkədə paylaş